Dərs-məşğələ keçirilib

“Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkil edilməsi ilə bağlı "Tədbirlər Planı”nın 3.9 bəndinə uyğun olaraq məktəbin coğrafiya müəllimi Abduləzimova Susanna 15/05/2024-cü il tarixdə 7 ç sinif şagirdlərinə "İqlim dəyişikliyi" mövzusunda açıq havada dərs keçmişdir. Şagirdlər təqdimatlar hazırlamış, iqlim dəyişkənliyi və ekoloji problemlərlə bağlı maraqlı çıxışlar etmişlər.
Dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova, məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Seyidbalayeva Şəhla da iştirak etmişlər.