"Müdrikliyin dühası-dahi şəxsiyyət" başlığı altında elmi-praktik konfrans keçirilib

       Dahi insan, görkəmli siyasi xadim Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Ulu Öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi  məqsədilə məktəbimizdə silsilə tədbirlər həyata keçirilir.
       Bu silsilədən 08/05/2024-cü il tarixdə məktəbin tarix müəllimi Ağayeva Vüsalə "Müdrikliyin dühası-dahi şəxsiyyət" başlığı altında elmi -praktik konfrans təşkil etmişdir. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamış, daha sonra Şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra isə, dahi şəxsiyyətin həyatı və siyasi fəaliyyəti ilə bağlı çıxış edən Vüsalə müəllimə qeyd etmişdir ki, Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev dövrümüzün ən parlaq simalarından və nadir şəxsiyyətlərindən biridir. O, şərəfli həyat və fəaliyyəti ilə tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazmış qədim bir xalqın simvolu səviyyəsinə yüksəlmişdir.
       Dahi rəhbərin həyat və siyasi fəaliyyəti haqqında məqamları əks etdirən bu konfransda məktəbin 7 və 8-ci sinif şagirdləri, müəllimlər və məktəb rəhbərliyi iştirak etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi