PİSA -Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı üzrə sınaq mərhələsi keçirilib

       Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi  və Azərbaycan Respublikasının Təhsil İnstitutu  tərəfindən həyata keçirilən PISA 2025 Beynəlxalq Qiymətləndirmə tədqiqatına hazırlıqlar çərçivəsində təlimata uyğun qrafiklə 08.05.2024- cü il tarixində məktəbimizdə seçilmiş 63 şagirdin iştirakı ilə, infosessiyalarda iştirak etmiş fənn müəllimləri tərəfindən məlumatlandırılma aparıldıqdan sonra sınaq mərhələsi keçirildi. Sınaq imtahanı rəhbərlik tərəfindən izlənildi.
    PISA (Programme for International Student Assessment) - Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı 85-dən çox ölkədə hər üç ildən bir 15 yaşlı uşaqların oxu, riyaziyyat və təbiət elmləri üzrə səriştələrini qiymətləndirərək dünya üzrə təhsil sistemlərini qiymətləndirməyi hədəfləyən PISA gənclərin öz bilik və bacarıqlarından real həyatdakı çətinliklərin öhdəsindən gəlmək bacarığına diqqət yetirir. PİSA Beynəlxalq Qiymətləndirmə  şagirdlərin təkcə xüsusi kurikulum məzmununu mənimsəmələri ilə deyil, məktəbdə öyrəndikləri ilə nə edə biləcəkləri ilə daha çox maraqlanır.
Ölkəmizin Beynəlxalq Qiymətləndirmədə uğurlu mövqeyi naminə zəhməti keçən hər bir təhsil işçisinə, müəllimlərimizin infossesiyalar ilə təlimatlandırılmasında planlı və məqsədli dəstəyi üçün Ceyla Səmədzadəyə dərin minnətdarlığımızı bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi