"Dilimizi qoruyaq" layihəsi ilə bağlı ekskursiya təşkil olunub

       08/05/2024-cü il tarixdə "Dilimizi qoruyaq"layihəsinin Tədbirlər Planının 8-ci bəndi üzrə fəaliyyətin  yerinə yetirilməsi ilə bağlı məktəbin dil-ədəbiyyat fənn müəllimi Səadət Qədimova və texnologiya müəllimi Gülyaz Babalı bir qrup şagirdlərlə  Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiyaya getmişlər.
Şagirdlərə Firudin bəy Köçərliyə həsr olunmuş  sərgi göstərilmiş, kitabxana, onun tarixi haqda məlumat verilmiş, kitabxananın müəllifin adını daşıyan yeganə müəssisə olduğu vurğulanmışdır. Kitabxanada şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi