Kiçik Akademiya"nın tədbiri keçirilib

08/05/2024 -cü il tarixdə “ KA“nın Fəaliyyət Planına uyğun olaraq akademiyanın rəhbəri Şükürova Alidə 5 "A" sinfində Ümumilli Lider Heyder Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş sinifdaxili tədbir keçirmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlamış, daha sonra Şəhidlərimizin və Ulu Öndərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
     Tədbir boyunca şagirdlər təqdimatlar nümayiş etdirmiş ,dahi liderin şəninə şeirlər, mahnılar söyləmişlər. Təqdim olunan videoslaydlarda böyük və mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş Ulu Öndər Heydər Əliyevin özünün siyasi fəhmi və müdrikliyi ilə yaratdığl zəngin dövlətçilik məktəbi, yüksək idarəçilik ənənəsi haqqında və Ümummilli Lider zirvəsinə yüksəldiyi mənalı həyatı haqqında maraqlı süjetlər nümayiş etdirilmişdir.
Böyük sevgi ilə anırıq…….

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi