"Bakı Zooloji Parkı"na ekskursiya təşkil olunub

Yaşıl layihə:"Təbiəti qoruyanlar"layihəsi üzrə 03/05/2024-cü il tarixdə təhsilalanların ekoloji maariflənməsi,onların ekoloji bilik və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı uşaqların aşkara çıxarılması, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi dövrün qlobal problemlərinə dəstək verilməsi məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-138 nömrəli əmri əsasında 4.3 bəndinin yerinə yetirilməsi üçün məktəbin 1Ç sinif şagirdlərinin sinif rəhbəri Orucova Aynurun təşkilatçılığı ilə Bakı Zooloji Parkına ekskursiyası təşkil olunmuşdur. Ekskursiya zamanı müəllim Azərbaycanın və digər ölkələrin unikal flora, fauna nümunələri ilə, nadir və nəsli kəsilmək üzrə olan növlərin mühafizəsi barədə şagirdlərə xüsusi dərs keçmişdir. Ekskursiya şagirdlərin böyük marağına səbəb olmuşdur.