İnşa yazı müsabiqəsi keçirilib

       29/04/2024-cü il tarixdə dil-ədəbiyyat fənn metodbirləşmə rəhbəri Tağıyeva Afətin təşkilatçılığı ilə Sabunçu rayonu ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında “Yüksəkliyin Heydər Əliyev zirvəsi” mövzusunda inşa yazı müsabiqəsinin məktəb mərhələsi keçirilmişdir.
      Müsabiqə Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının “Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü münasibətilə”  28.12.2023-cü il tarixli  Tədbirlər planının 9-cu bəndinin icrasını təmin etmək, məktəbliləri milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyə etmək, onlara doğma Respublikamızın tarixini, mədəniyyətini, milli irsini öyrətmək, sərbəst fikir, düşüncə tərzini formalaşdırmaq, ədəbi yaradıcılıq sahəsində istedadlarını müəyyənləşdirmək məqsədini daşıyır.
   İnşa yazı müsabiqəsində qalib gələn 10 a sinif şagirdi Əliyeva Gülayın və 11 b sinif şagirdi Əlizadə Fidanın yazı işləri müsabiqənin növbəti mərhələsində iştirak etmək üçün seçilmişdir.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi