"Oxu günü- Kitab festivalı" ilə bağlı ekskursiya təşkil olunub

       Asudə vaxtın səmərəli təşkili məqsədi ilə 7 e sinif şagirdləri sinif rəhbərləri Zəkiyyə Zeynalova ilə birlikdə 28/04/2024-cü il tarixdə "Oxu günü-Kitab Festivalı"nda olublar. Artıq 10 ildir ki, keçirilən "Oxu Günü" bu dəfə 27-28 aprel tarixlərində AMEA-nın əsas binasının qarşısında təşkil olunmuşdur. Sərgidə həm Azərbaycan, həm də dünya ədəbiyyatına aid əsərlərin nümayişi və satışı həyata keçirilirdi.
Şagirdlər görkəmli yazıçılarımız Tahir Tahiroviç və Elxan Elatlı ilə də görüşmüş və şagirdlərin sərgidə aldıqları kutablara yazıçılarımız müəllif kimi öz ürək sözləri yazmışlar.
Ekskursiya şagirdlər üçün yaddaqalan oldu, onlar müxtəlif nəşriyyatların kitablarını əldə etməklə yanaşı, olduqca maraqlı gün keçirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi