Dərs-ekskursiya

       Təhsilalanların fəal öyrənməsinə dəstək verən üsullardan biri kimi dərs -ekskursiya formasını dəyərləndirmək üçün "Yanardağ" Dövlət Tarix- Mədəniyyət və Təbiət Qoruğuna ekskursiya təşkil olunub. Ekskursiyada məktəbin ibtidai sinif müəllimi İsmayılova Əsmayə və onun 4"C" sinif şagirdləri iştirak edib. Müəllim şagirdlərə  tarixi keçmişimizi əks etdirən mədəni-irsi abidələr və abidə kompleksləri haqqında ,eləcə də "Yanardağ “ və onun daima yanması, bəzən alovların 10-15 m hündürlüyə çatması, Azərbaycan Respublikası Prezidentinin 2 may 2007-ci il tarixli sərəncamı ilə “Yanar dağın ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilməsi, qoruğun ərazisinin 64,55 hektar təşkil etməsi,bu əraziyə aid olan Qurd yuvası, min yaşı olan iki qəbirstanlıq ve qədim məscid, Qotur su bulağı, Əli daşı, Kardaşı, Qırməki vadisi haqqında da geniş məlumat verdi.
Şagirdlər tərəfindən dərs-ekskursiya böyük maraqla qarşılanıb və şagirdlər çox  fəal şəkildə diskussiyada iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi