Şagirdlərin peşəyönümü ilə bağlı görüş keçirilib

      Fərdlərin öz maraq və qabiliyyətlərinə uyğun peşələr seçməsinin təmin edilməsində ən mühüm rol məktəblərdə peşəyönümü  xidmətinin üzərinə düşür. Şagirdlər özlərinə ən uyğun peşəni seçə bilmələri üçün ilk növbədə, öz maraq və qabiliyyətlərini tanımalıdırlar. Məhz bu məqsədlə 19.04.2024-cü il tarixdə şagirdlərin peşəyönümü istiqamətləri ilə bağlı IX sinif valideynləri və şagirdləri ilə görüş təşkil edilmişdir.

    Görüşdə məktəbin direktoru Yasin Quliyev, direktor müavini Zərifə Cəfərova, "Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi"nin müəllimləri, valideynlər və şagirdlər iştirak etmişlər. Əvvəlcə peşə məktəbinin müəllimləri Alimə xanım və Gülşən xanım müxtəlif peşə ixtisasları üzrə məlumat verdilər. Bundan sonra isə, məktəbin direktoru müxtəlif peşə ixtisasları üzrə şagurdlərin arzularını soruşdu və tövsiyyələr verdi. O, qeyd etdi ki, şagirdlərin qabiliyyətlərinə uyğun peşə seçmələrində valideynlərin rolu müstəsna əhəmiyyət kəsb edir və valideynlərə müraciət edərək peşə seçimində şagirdləri düzgün yola istiqamətləndirməsi ilə bağlı fikirlərini onların nəzərinə çatdırdı.

Görüşün sonunda valideynləri maraqlandıran bir sıra suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi