"Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı tədbirlər həyata keçirilir

       Aprelin 19-u 2024-cü il tarixdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Tədbirlər Planına əsasən10"B" sinif rəhbəri Susanna Abduləzimova və şagirdləri təmiz ətraf mühitin yaradılması, məktəbin həyətyanı sahəsində bitkilərin əkilməsilə bağlı ekoloji kampaniya təşkil etmişlər.Onlar məktəb ərazisində mövsümə uyğun bitkilərin əkilməsi prosesində iştirak etmişlər. Şagirdlərin ekoloji maarifləndirilməsi,onların ekoloji biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması məqsədilə keçirilən bu layihə  təbiətin qorunması,yaşıllıqların artırılması ilə bağlı böyük əhəmiyyət kəsb edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi