Məhəmməd Füzulinin 530 illik yubileyi ilə əlaqədar "Dəyirmi masa"keçirilib

        "Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar olaraq Tədbirlər Planına əsasən,18/04/2024-cü il tarixdə  məktəbin dil-ədəbiyyat müəllimi, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı Seyidbalayeva Şəhla 8 f sinif şagirdlərinin iştirakı ilə "Dəyirmi masa" təşkil etmişdir. Tədbirdə dahi şairimiz Məhəmməd Füzulinin həyat və yaradıcılığı ilə bağlı şagirdlərlə geniş diskussiya aparılıb, şairin şeir və qəzəllərinin ifadəli oxusu səsləndirilib. Eləcə də Məhəmməd Füzulinin yaradıcılığını əks etdirən film nümayiş etdirilib.
   "Dəyirmi masa"da təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova, məktəb psixoloqu, həm də dil-ədəbiyyat müəllimi İmaməliyeva Turanə iştirak etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi