"Qohum nigahlar və onun fəsadları" mövzusunda təşkilat saatları keçirilib

       09/04/2024-cü il tarixdə BŞTİ- nin müvafiq təlimatı əsasında yuxarı sinif şagirdlərimizlə Qohum nigahlar və onun fəsadları"mövzusunda təşkilat saatları keçirilmişdir. Mövzu ilə bağlı psixoloq Nəsirzadə Günel və məktəbin müəllimləri Mürşüdova Səbinə  9 e və 9 d siniflərinin qız  şagirdləri, Kərimov Taqət həmin siniflərin oğlan şagirdləri ilə geniş müzakirə aparmışlar.
Qohum nikahların fəsadları barədə maarifləndirmə işlərinə baxmayaraq, Azərbaycanda bu gün də kifayət qədər qohumlar arasında nikahlar bağlanır.
Təşkilat saatında qohumlar arasında bağlanmış nikahın sonsuzluğa səbəb ola bilməsi ya da dünyaya gələn uşaqlarda əzələ, sinir sistemi xəstəlikləri olması, şikəst uşaqların doğulmasında genetik yaxın olan, xəstəlik daşıyan genlərin büruzə verilməsi kimi problemlər haqqında söhbət aparılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi