"Erkən nigaha yox deyək!" adlı seminar keçirilib

       09/04/2024-cü il tarixdə BŞTİ- nin müvafiq təlimatı əsasında yuxarı sinif şagirdlərimizlə erkən nigah və onun fəsadları barədə seminar keçirildi. Erkən yaşda nikaha daxilolma sosial problem kimi hazırda dünyada aktuallıq kəsb edən məsələlərdən biridir. BMT-nin Uşaq Fondunun təklifi ilə Azərbaycan qanunvericiliyində 2011-ci ildən qadınlar üçün nikah yaşı 17-dən 18-ə qaldırılıb.
Mövzu ilə bağlı məktəbin müəllimi Cabarov Rüstəm 8 a və 8 c siniflərinin oğlan şagirdləri ilə geniş müzakirə aparmışdır. O, erkən nigahın səbəbləri, iqtisadi, sosial, psixoloji və fizioloji amilləri barədə şagirdlərimizi məlumatlandırmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi