Məhəmməd Füzulinin 530 illik yubileyi ilə əlaqədar "Dəyirmi masa" keçirilib

   "Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar olaraq Tədbirlər Planına əsasən, 09/04/2024-cü il tarixdə məktəbin dil-ədəbiyyat müəllimi Taqət Kərimov və kitabxana müdiri Mədətova Ulyaxanım 9 e sinif şagirdlərinin iştirakı ilə məktəb kitabxanasında "Dəyirmi masa" təşkil etmişlər. Sinif rəhbəri Taqət Kərimov dahi şairimiz Məhəmməd Füzulinin  həyat və yaradıcılığı  haqqında şagirdlərə geniş məlumat verib.
    Şagirdlər dahi şairin “Meyvələrin söhbəti” əsərini təqdim ediblər. Daha sonra “Söz” qəzəlinin ifadəli oxusu səsləndirilib.
Sonda kitabxana müdiri Ulyaxanım Mədətova şagirdlərə  görkəmli şairin əsərlər toplusunu təqdim edərək mütaliə etməyi  tövsiyə etmişdir.
   "Dəyirmi masa"da UBTR Günay Həsənova,psixoloq Günel Nəsirzadə, kitabxanaçı Vüsalə Baxşəliyeva da iştirak etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi