Məhəmməd Füzuli 530 illik yubileyi ilə bağlı silsilə tədbirlər keçirilir

       "Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin aprel ayı ərzində “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsinə start verilib. Bu məqsədlə 08/04/2024-cü il tarixdə məktəbin akt zalında dahi şairimiz Məhəmməd Füzulinin həyat və yaradıdıcılığına həsr olunmuş bədii-sənədli film nümayiş etdirilmişdir. Məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Seyidbalayeva Şəhlanın rəhbərliyi ilə  məktəbin akt zalında 9 və 10 - cu sinif şagirdləri filmi izləmişlər.Filmin nümayiş etdirilməsində əsas məqsəd dahi şairin zəngin ədəbi-bədii irsi ilə bağlı şagirdləri maarifləndirmək, onlar arasında milli-mənəvi dəyərləri təbliğ etməkdən ibarət olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi