"Məktəbli kitabça"larının aparılması ilə bağlı monitorinq keçirilib

       2023-2024-cü tədris ili üzrə məktəbin Fəaliyyət Planının 1.2.26. bəndinə əsasən “Məktəbli kitabçalarının aparılması vəziyyətinin öyrənilməsi”məqsədilə  vaxtaşırı  şagirdlərin məktəbli kitabçalarının aparılması vəziyyəti nəzarətlə yoxlanılır. 06/04/2024-cü il tarixdə təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova tərəfindən aparılan reydlər zamanı siniflərdə vəziyyət qənaətbəxş oldu. Lakin, bəzi nöqsanlar da var idi ki, bu nöqsanlar sinif rəhbərləri və şagirdlərin nəzərinə çatdırılmışdır.
       Yüksək poliqrafik səviyyədə və keyfiyyətlə hazırlanan “Məktəbli kitabçası” şagirdlərin yaş həddinə, psixologiya və dünya görüşünə uyğun olmaqla yanaşı, milli dəyərlərimiz və dövlətçiliyimizin təbliği baxımından da xüsusi maraq doğurur. Şagirdlərin ən vacib ləvazimatı olan “Məktəbli kitabçası” şagirdlər tərəfindən səliqəli və nümunəvi vəziyyətdə saxlanılmalıdır. Məktəbli kitabçasına nəzarət olunması üçün, sinif nümayəndələri,sinif rəhbərləri və valideynlər tərəfindən hər həftə yoxlanılmalı və qeydlər aparmalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi