"Aprel döyüşləri"nə həsr olunmuş xüsusi dərs keçirilib

       05/04/2024-cü il tarixdə məktəbin tarix  müəllimi Ağayeva Vüsalə 6 ç sinfində Aprel döyüşlərinə həsr olunmuş xüsusi dərs keçmişdir. O, mövzu haqqında geniş söhbət açaraq qeyd edib ki, 2016-cı ilin Aprel döyüşləri şanlı Zəfərimizə gedən yolun başlanğıcı oldu. Vətən müharibəsində Azərbaycan Ordusunun, Azərbaycan əsgərinin cəsurluğu, fədakarlığı və rəşadəti ilə qazanılan tarixi Zəfər ölkəmizdə ümumxalq sevinci, kapitulyasiya aktına imza atan qonşu dövlətə isə, məyusluq hissi yaşatmışdır.
       Bu döyüşlərdə Azərbaycanın zabit, gizir və əsgərləri əsl cəsarət və igidlik nümunələri göstərdilər. Zabit və əsgərlərimizin hər biri cəbhədə, sözün həqiqi mənasında, mətanət, dözümlülük, qələbə əzmi nümayiş etdirdi.Qarşılıqlı diskussiya şəraitində keçən bu dərsdə şagirdlər hazırladıqları çıxışlarıı,  videoçarxları, divar qəzetlərini təqdim etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi