"Şahin" hərbi idman yarışı keçirilib

       05/04/2024-cü il tarixdə Gənclərin vətənpərvərlik işinin gücləndirilməsi, hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Sabunçu rayon orta ümumi təhsil məktəblərinin şagirdlərinin iştirakı ilə "Şahin" hərbi- idman oyunu keçirilib.
    Sabunçu Rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə "Şahin" hərbi-idman oyunu Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Tədbirdə çıxış edənlər qeyd ediblər ki, bu yarışların keçirilməsində əsas məqsəd yetişməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğının daha da artırılması həmçinin şagirdləri hərbi -idman oyunlarına cəlb etməklə onların ordu sıralarına xidmətə hazırlığına köməkliyin göstərilməsidir. Keçirilən yarışda məktəbimizi GÇH fənn müəllimi Aslanşah Mehdiyevin rəhbərliyi ilə 10-cu sinif şagirdlərindən ibarət komanda təmsil edirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi