Şagirdlərimiz “eTwinning Azərbaycan” şagird müsabiqəsində iştirak ediblər

       eTwinning layihəsi çərçivəsində  şagirdlər üçün ənənəvi olaraq növbəti müsabiqə keçirildi. 
Müsabiqənin keçirilməsində məqsəd şagirdlərdə tənqidi düşüncə, təhliletmə bacarıqları, etibarlı mənbələrə əsaslanmaq, dəlillərlə işləmək bacarıqlarını formalaşdırmaq və aşkar etmək idi.
İlkin mərhələdə istənilən yaş qrupuna aid olan şagirdlər fərdi və qrup şəklində “Robotlar həyat tərzimizi dəyişir” mövzusu üzrə araşdırma edərək təsdiqedici və ya təkzibedici arqumentlər hazırlamalı idilər. Məktəbimizin bir neçə şagirdi komanda və fərdi nominasiyalar  üzrə sözügedən müsabiqəyə müraciət edərək iştirakçı sertifikatları alıblar . Sertifikatları şagirdlərə təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova, ingilis dili müəllimi, həm də
eTwinning səfiri İlahə Quliyeva təqdim etmişlər.
Şagirdlərimizi təbrik edir onlara yeni nailiyyətlər diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi