Sabunçu rayonunda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirilib

       04.04.2024-cü il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Bakı Gənclər Mərkəzində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda Sabunçu rayon məktəbliləri arasında keçirilən referat yazı müsabiqəsinin rayon üzrə yekun mərhələsinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.Təqdim olunmuş 139 referat İctimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən kodlaşdırılaraq təhlil olunması üçün müsabiqə üçün təşkil olunmuş xüsusi Komissiyanın üzvlərinə verilmişdir. Komissiya tərəfindən ümumilikdə 5 mövzu üzrə 10 ən yaxşı referat seçilmişdir. Sevindirici haldır ki, məktəbin X a sinif şagirdi Məmmədova Turanənin
“Azərbaycan torpaqlarının ilk dəfə vahid dövlətdə birləşdirilməsi - Sacilər”və 10 b sinif şagirdi Nəcəfli Nahidin  "Qafqaz İslam ordusu – Bakının düşmən işğalından azad olunması”mövzularında yazdıqları referat işlər i də seçilənlər sırasında olmuşdur.Təqdimat mərasimində məktəbin direktoru Yasin Quliyev,elmi rəhbər Gülnaz Quliyeva, Şəhanə İmanova, müəllim və şagirdlərimiz iştirak etmişlər.
“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən referat müsabiqəsinin məqsədi gənclərdə Azərbaycanın tarixi, mədəniyyəti və tarixi şəxsiyyətlərinə diqqət və marağı artırmaq, şagirdlərə elmi araşdırma, tədqiqat, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmə bacarığını aşılamaqdır.
Sonda Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən komissiya üzvləri və fərqlənən 5 referat müəllifi olan məktəblilərə  müxtəlif hədiyyələr təqdim olunmuşdur.
Məktəbimizin nümunəvi şagirdləri Məmmədova Turanəni, Nəcəfli Nahidi və onların elmi rəhbərləri, tarix müəllimlərimiz Gülnaz Quliyeva, Şəhanə İmanovanı məktəbin direktoru Yasin Quliyev başda olmaqla bütün kollektivimiz adından təbrik edirik və daha böyük uğurlar qazanmağı arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi