Aprel döyüşlərinə həsr olunmuş təşkilat saatı keçirilib

    04/04/2024-cü il tarixdə məktəbin 2 a sinfində sinif rəhbəri Rəcəbova Mətanətin  rəhbərliyi ilə Aprel döyüşlərinə həsr edilmiş sinif təşkilat saatı keçirilib.
     Əvvəlcə, Azərbaycan Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda Şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
    Mətanət müəllimə şagirdlərə Aprel döyüşlərinin əhəmiyyəti ilə bağlı məlumatlar verərək bildirib ki, Ali Baş Komandanımızın da dəfələrlə dediyi kimi, Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi. Bu qələbə igid əsgərlərimizin işğal olunan torpaqlarımızın azad edilməsinə tam hazır olduğunu bir daha sübut edir.Müəllimə onu da bildirdi ki, məhz Aprel döyüşləri 44 günlük müharibəyə zəmin yaratdı və biz tarixi qələbəmizi qazandıq.
Bundan sonra şagirdlər hazırladıqları divar qəzetlərini təqdim edib, Aprel Şəhidləri haqqında məlumatlar verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi