Ekskursiya təşkil edilib

       03/04/2024-cü il tarixdə məktəbin 7 ç sinif şagirdləri sinif rəhbərləri Abbasova Qızyetərin təşkilatçılığı ilə xeyriyyəçi, Azərbaycan milyonçusu, mesenat, Rusiya imperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısı Hacı Zeynəlabdin Tagiyevin və Azərbaycanın ilk xalq şairi, dramaturq, tərcüməçi Səməd Vurgunun ev muzeyinə ekskursiya ediblər. Bu ekskursiyaların təşkil edilməsində əsas məqsəd, şagirdlərdə dünyagörüşünün formalaşmasına ,onlarda  milli,mədəni abidələrimizə qayğı hissinin aşılanmasına nail olmaq və irsimizi,tarixi keçmişimizi,milli mənsubiyyətimizi özündə əks etdirən bu cür muzeylərin eksponatları ilə onları yaxından tanış etməkdir.
     Ekskursiya zamanı şagirdlər tariximiz haqqında faktları maraqla dinləyiblər. Ekskursiya şagirdlərin yaddaşında gözəl təəssüratlarla qalıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi