Coğrafiya fənni üzrə təqdimat- dərs keçirilib

       2023-2024-cü tədris ili üzrə məktəbin "Fəaliyyət Planı"nın 1.3 bölməsinin - peşəkar inkişaf və metodiki xidmətin təşkili üzrə 1.3.4 bəndinə əsasən Coğrafiya-Tarix fənn aylığı çərçivəsində məktəbin coğrafiya müəllimi Xəlilova Fatimə 03/04/ 2024-cü il tarixdə 6a sinfində  "Yaşıl dünya naminə həmrəylik ili "ilə əlaqədar Tədbirlər Planının 2-ci bəndinə uyğun olaraq"Meşələr bizim ağciyərlərimizdir" mövzusunda təqdimat - dərs keçmişdir.Şagirdlər dərsin mövzusu üzrə müxtəlif tapşırıqlar hazırlayaraq elektron təqdimat və digər əyani  vəsaitlərin köməyi ilə qruplar şəklində təqdim etdilər.
Müasir təlim metodlarının tətbiqi ilə keçirilən dərsin əsas aktiv hissəsi şagirdlərin qrup işinin təqdimatı olub.  Mövzu üzrə geniş məlumat mübadiləsi və müzakirəsi aparılıb.
     Təqdimat - dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova,uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Seyidbalayeva Şəhla, coğrafiya  metodbirləşmə sədri Susanna Abduləzimova, sinif rəhbəri Tağıyeva Afət iştirak edirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi