ADA universitetinə ekskursiya

         03/04/2024-cü il tarixdə məktəb-universitet əməkdaşlığı çərçivəsində  məktəbin 9,10,11-ci sinif şagirdləri ADA universitetinə ekskursiyaya getmişlər.
Universitet əməkdaşları Azərbaycanda yaradılmış beynəlxalq təhsil mühiti olaraq şagirdlərə geniş məlumatlar təqdim etdi. Səfər zamanı şagirdlər, İtaliyanın Boloniya universitetindən dəvət olunmuş  professor Rosalba Lanciotti tərəfindən “Qida bu gün və sabah: Texnologiya qidalanma üsulumuzu necə dəyişdirir?” adlı "Açıq dərs"də elmi seminarı dinlədikdən sonra universitetin Fəaliyyət Planı ilə tanış oldular. Elşad Göyüşöv  bu universitetin yaranma tarixi, fakultələri, məzunları, karyera mərkəzi, universitetin üstünlükləri və qəbul qaydaları ilə şagirdləri yaxından tanış etdi. Sonda universitet nümayəndəsi şagirdlərin suallarını cavablandırdı. Şagirdlər ekskursiyadan gözəl təəssüratlarla qayıtdılar.Səfər zamanı şagirdlərimizi məktəbin  müəllimləri Afaq Nəbiyeva və Xəyalə Kərimova müşayət etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi