"İdmansevərlər layihəsi" çərçivəsində yarış keçirilib

Gənclər və İdman Nazirliyi və Bakı Abadlıq Xidmətinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilən yarışlarda 32 kənd və qəsəbənin uşaq futbol komandaları mübarizəyə başlayıb.Sözügedən yarışda Zabrat komandasının baş məşqçisi, məktəbimizin fiziki tərbiyə müəllimi Elmar İmanovdur.
30 mart 2024-cü il tarixdə baş tutan ilk turda Sabunçu komandasıyla qarşılaşan Zabrat komandası gərgin keçen oyunu 1-1 hesabı ilə başa çatdırıblar. Qeyd edək ki, komandamızın qolunu məktəbimizin şagirdi Rüfət Həsənov vurmuşdur.
Növbəti oyunlarda da komandamıza uğurlar arzu edirik.