31 Mart-Soyqırımı gününə həsr olunmuş "Dəyirmi Masa" keçirilib

29 mart 2024-cü il tarixində məktəbin dil-ədəbiyyat müəllimi Sadıqova Lamiyə 8 ç sinif şagirdlərinin iştirakı ilə Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı "Dəyirmi masa" keçirib.
Əvvəlcə, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalmış qəhrəman oğul və qızlarımızın, eləcə də soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şagirdlər faciə haqqında məlumatı və şəkilləri əks etdirən divar qəzetləri hazırlayıblar, təqdimatlar səsləndiriblər.
Lamiyə müəllimə mövzu ilə bağlı çıxış edərək Ermənistanın tarix boyu azərbaycanlılara qarşı soyqırımı siyasətini müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirdiklərini, bunun kütləvi qətllər və hərbi əməliyyatlarla müşayiət olunduğunu qeyd edib.