İntellektual bilik yarışması keçirilib

       2023-2024-cü tədris ilində məktəbin "Fəaliyyət Planı"nın 1.3 bölməsinin- peşəkar inkişaf və metodiki xidmətin təşkili üzrə 1.3.4.bəndinə əsasən tarix-coğrafiya fənn aylığı ərəfəsində 29/03/2024-cü il tarixdə məktəbin tarix müəllimi Ağayeva Vüsalə və coğrafiya müəllimi Əhmədova Bənövşənin təşkilatçılığı ilə Vlll siniflər arasında tariximizi və coğrafiyamızı əks etdirən mövzulara həsr olunmuş  intellektual bilik yarışması keçirilmişdir.
Yarışmada 5 komanda iştirak etmişdir: "Xarıbülbül", "Zəfər," "Qafqaz", "Qarabağ" və "Dəmir Yumruq" komandaları.Yarışma "Xarıbülbül" komandasının qələbəsi ilə başa çatmışdır.
İntellektual bilik yarışında məktəbin direktoru Yasin Quliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova və dil-ədəbiyyat  müəllimi Məhərrəmova Fəridə iştirak etmişlər və onlar müvafiq meyarlar üzrə qiymətləndirmə aparmışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi