"Novruz bayramı" ilə bağlı tədbir keçirilib

       Milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi, təhsilalanların dəyərlərə məhəbbət ruhunda tərbiyə edilməsi məqsədi ilə "Dəyərlərimizi qoruyaq!" layihəsi çərçivəsində 19/03/2024-cü il tarixdə  "Novruz gəlir, yaz gəlir"adlı tədbir keçirilib.Tədbirdə ilk öncə Dövlət himni səsləndirilib,daha sonra Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Bundan sonra tədbir maraqlı bayram əhval-ruhiyyəli nömrələrlə davam edib...Məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Seyidbalayeva Şəhla,dil-ədəbiyyat fənn metodbirləşmə rəhbəri Tağıyeva Afət,musiqi müəllimi Qurbanova Məryəmin birgə fəaliyyəti ilə ərsəyə gələn  bu tədbirdə novruz personajları - Kosa, Keçəl və Bahar qızının gəlişi tədbirə bayram əhval-ruhiyyəsi bəxş edib. Şagirdlər Novruz bayramına aid şeirlər söyləyib, mahnılar oxuyub, müxtəlif milli rəqslər ifa ediblər. "Dədə Qorqud" nəsihətamiz fikirləri ilə çıxış edərək tədbir iştirakçılarına arzularını bildirib. İbtidai sinif müəllimləri Salahova Rəna və İsmayılova Əsmayənin rəhbərliyi ilə tədbirə qatılan 4a və 4c sinif şagirdləri də gözəl çıxışları ilə tədbirdə xoş ovqat yaradıblar. Bayram tədbiri şagirdlərin sevincinə səbəb olub.
Sonda məktəbin direktoru Yasin Quliyev çıxış edərək əvvəlcə bütün kollektiv üzvlərini bayram münasibətilə təbrik etdi,daha sonra şagirdlərimizin Azərbaycanın tarixi və adət-ənənələri ilə bağlı məlumatlandırılmasının, milli adət-ənənələrimizin gələcək nəsillərə ötürülməsinin və milli -mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırdı, tədbirin hazırlanmasında əziyyət çəkən hər kəsə təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi