"Dəyərlərimizi qoruyaq" layihəsi üzrə təşkilat saatı keçirilib
2023/2024-cü tədris ili üzrə məktəbin Fəaliyyət Planı və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Dəyərlərimizi qoruyaq" layihəsinin icrasının yerinə yetirilməsi ilə bağlı Tədbirlər Planının 2-ci bölməsinin 2.1 bəndinə uyğun olaraq 19.03.2024-cü il tarixdə məktəbin ibtidai sinif müəllimi Xudaverdiyeva Ülviyyə novruz bayramının adət-ənənələri ilə bağlı təşkilat saatı keçmişdir. Ülviyyə müəllimənin 3 c sinfində keçdiyi bu dərsdə əsas məqsəd milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi, təhsilalanların bu dəyərlərə məhəbbət ruhunda tərbiyə edilməsi olmuşdur.