"Dəyərlərimizi qoruyaq" layihəsi ilə bağlı sosial aksiya keçirilib

       18/03/2024-cü il tarixdə məktəbin şagird və müəllim kollektivinin üzvləri sığınacaqda yaşayan uşaqların görüşünə gediblər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 28.02.2024-cü il tarixli 3-29-59/3-2-103F/2024 nömrəli əmri ilə təsdiq olunmuş "Dəyərlərimizi qoruyaq" layihəsinin icrasının yerinə yetirilməsi ilə bağlı Tədbirlər Planının 2.2 bəndinə uyğun olaraq keçirdiyimiz bu aksiya məktəbin direktoru Yasin Quliyevin təşəbbüsü ilə  baş tutmuşdur.Müəllimlər -Susanna Abduləzimova, Elmar İmanovun rəhbərliyi ilə şagirdlərimiz  öz Novruz xonçalarını sığınacaqda yaşayan uşaqlarla bölüşdülər, bayramlarını təbrik etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi