"Dəyərlərimizi qoruyaq" layihəsi ilə bağlı Şəhid ailələrinə ziyarət təşkil olunub

       "Dəyərlərimizi qoruyaq"layihəsi üzrə tədbirlərimiz davam edir....
18/03/2024-cü il tarixdə "Novruz bayramı" münasibətilə məktəbin riyaziyyat müəllimi və eləcə də 5 b sinfinin sinif rəhbəri Həsənova Elnarə və şagirdləri Şəhid Veys Əflatun oğlu İsmayılovun ailəsinə ziyarətə getmişlər.Onlar Şəhidin ailə üzvləri ilə görüşmüş və anasının,atasının dilindən onun haqqında xatirələri dinləmişlər.Bayram xonçalarını ailəyə təqdim edən balaca fidanlar, Şəhidin adına tikilmiş bulağın üstünə gül dəstələri qoyaraq onun xatirəsini yad etmişlər.
Bu cür tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin milli-mənəvi dəyərlərimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi