"Dəyərlərimizi qoruyaq"layhəsi üzrə "Novruz bayramı"na həsr olunmuş sərgi keçirilib

         2023/2024-cü tədris ili üzrə məktəbin Fəaliyyət Planı və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 28/02/2024-cü il tarixli  3-29- 59/3-2-103F/2024 nömrəli əmrinə əsasən "Dəyərlərimizi qoruyaq" layihəsinin 2-ci bölməsinin 2.3 bəndi üzrə fəaliyyətin yerinə yetirilməsi ilə bağlı 15/03/2024-cü il  tarixdə məktəbin foyesində "Novruz bayramı"na həsr olunmuş sərgi təşkil edilib. Sərginin hazırlanmasında "Mənim rəngli dünyam" dərnəyinin rəhbəri Mətanət Abdullayevanın təşkilatçılığı ilə dərnək üzvləri fəal iştirak etmişlər.Hər zaman gözəl əl işləri ilə seçilən bu şagirdlərin rəsmləri yenə də böyük maraqla qarşılandı.
         Şagirdlər xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, ilaxır çərşənbələrinin mahiyyəti, Novruz atributları haqqında çəkdikləri rəsm əsərlərini nümayiş etdirmişlər.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi