"Fizika gecəsi" keçirilib

         2023/2024-cü tədris ili üzrə məktəbin Fəaliyyət Planına əsasən fizika fənn metodbirləşməsi üzvlərinin iştirakı ilə "Fizika gecəsi" keçirilmişdir.Metodbirləşmə rəhbəri Afaq Nəbiyevanın rəhbərliyi ilə baş tutan bu tədbir əvvəlcə Dövlət Himnimizin səslənməsi ilə başladı.Daha sonra Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Sonra isə,elmi,bədii,əyləncəli proqramdan ibarət olan tədbir şagirdlərin ixtiyarına verildi. 7- ci sinif şagirdləri Afaq müəllimin yazdığı senari əsasında maraqlı çıxışlar etdilər,digər metodbirləşmə üzvləri Çiçək Mehdiyevanın rəhbərliyi ilə təcrübələr nümayiş etdirdilər,Güllü Həsənovanın quruluş verdiyi tamaşanı oynadılar,eləcə də Afaq müəllimin quruluş verdiyi günümüzün aktual mövzusu üzrə yumoristik tamaşanı oynamaqla tədbir iştirakçılarına gülüş dolu anlar yaşatdılar. Tədbirin ən maraqlı hissəsi olan viktorina bölməsində şagirdlər fizikanın müxtəlif sahələrinə aid Afaq müəllimin özünün yazdığı əyləncəli tapmacalara cavab verməklə biliklərini sınadılar və sonda 7 c sinfi qalib olaraq kubok və hədiyyələr əldə etdilər.
         "Fizika gecəsi"ndə məktəbin direktoru Yasin Quliyev,təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova,təşkilatçı Şəhla Seyidbalayeva və müəllimlər iştirak etmişlər.Sonda çıxış edən Yasin Quliyev bu gözəl tədbirə görə, müəllimlərə və şagirdlərə təşəkkürünü bildirmiş,bu cür tədbirlərin çox olmasını tövsiyyə etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi