"Mətbəx mədəniyyətimiz " mövzusunda kulinariya günü keçirilib

       2023/2024-cü tədris ili üzrə məktəbin Fəaliyyət Planı və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Dəyərlərimizi qoruyaq" layihəsinin icrasının yerinə yetirilməsi ilə bağlı Tədbirlər Planının 9-cu bölməsinin 9.1 bəndinə uyğun olaraq 12.03.2024-cü il tarixdə "Mətbəx mədəniyyətimiz " adlı kulinariya günündə məktəbin texnologiya müəllimi Xocayeva Sultan praktiki dərs keçmişdir.Sultan müəllimə xalqımızın qədim şirniyyat növünün hazırlanma texnologiyası ilə bağlı  şagirdlərə məlumat verdikdən sonra uşaqlar hazır məhsullardan istifadə edərək praktiki işi həyata keçirdilər.
      Dərsin keçirilməsində əsas məqsəd milli şirniyyatlarımızın  unudulmaması üçün şagirdlərə bu mövzuda təbliğat aparmaq,milli dəyərlərimizə maraq oyatmaqdan ibarət olmuşdur.
    Dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova, uşaqlarla sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı Seyidbalayeva Şəhla və müəllimlər iştirak etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi