"Dəyərlərimizi qoruyaq" layihəsi ilə bağlı Şəhid ailələrinə ziyarət təşkil olunub

       07/03/2024-cü il tarixdə 8 Mart -Beynəlxalq Qadınlar Günü münasibətilə məktəbin ibtidai sinifləri üzrə müəllim və şagirdlərimiz "Dəyərlərimizi qoruyaq"layihəsinin 2.2 bəndinin yerinə yetirilməsi ilə bağlı   Şəhid ailələrinə ziyarətə getmiş və anaları,nənələri bayram münasibətilə təbrik etmişlər.İbtidai sinif müəllimləri- Rəcəbova Mətanət,Xudaverdiyeva Ülviyyə,Hüsiyeva Yaqut,Mirzəyeva Aygül,Məmmədova Diyana  məktəbin direktoru Yasin Quliyev başda olmaqla bütün kollektiv üzvlərinin təbriklərini Şəhid Saleh Əliyevin anası Solmaz xanıma,Şəhid Əfqan Nəsirovun anası Kəmalə xanıma,Şəhid Nicat Xələfovun anası Dilarə xanıma,Şəhid Rahim Quliyevin anası Xoşgül xanıma,Şəhid Məhəmməd Şəbiyevin nənəsi Mehriban xanıma çatdırmışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi