"İdman həftəsi"ilə bağlı yarış keçirilib

1– 7 mart tarixlərində "5 Mart – Bədən Tərbiyəsi və İdman Günü" ilə əlaqədar elm və təhsil nazirinin müvafiq əmri ilə ölkənin bütün ümumi təhsil müəssisələrində idman həftəsi keçirilir.
Layihə çərçivəsində tərtib edilmiş proqrama əsasən,martın 7-si 2024-cü il tarixdə məktəbin fiziki tərbiyə müəllimi İmanov Elmarın təşkilatçılığı ilə 10 - 11- ci sinif şagirdləri arasında məktəbdaxili futbol yarışı təşkil edilmişdir.
Yarışda 10 ç sinfi qalib komanda kimi kubok ilə mükafatlandırıldı,digər 2-ci yerin qalibi 10 a sinfi ,3-cü yerin qalibi 10 b sinfi olmuşdur.