"İdman həftəsi"ilə bağlı yarış keçirilib

1– 7 mart tarixlərində "5 Mart – Bədən Tərbiyəsi və İdman Günü" ilə əlaqədar elm və təhsil nazirinin müvafiq əmri ilə ölkənin bütün ümumi təhsil müəssisələrində idman həftəsi keçirilir.
Layihə çərçivəsində tərtib edilmiş proqrama əsasən,martın 7-si 2024-cü il tarixdə məktəbin fiziki tərbiyə müəllimləri İmanov Elmar və Zülfəliyev Eminin təşkilatçılığı ilə "İdman həftəsi"nin IV günü ilə əlaqədar olaraq "Qol güləşi" yarışı təşkil edilmişdir. 16 nəfər şagirdin iştirak etdiyi bu yarışda məktəbin 11 c sinif şagirdi Mürsəlov Ayxan qalib olmuşdur.