"5 Mart- Bədən Tərbiyəsi və İdman Günü"nə həsr olunmuş tədbir keçirilib

06/03/2024-cü il tarixində məktəbdə Azərbaycan Cüdo Federasiyasının marketinq və kommunikasiyalar şöbəsinin meneceri Rəşad İbrahimov,əməkdar məşqçi və Cüdo Federasiyasında regionlar üzrə mütəxəssis Ruslan Yunusov "İdmanda antibullinq" mövzusunda tədbir keçirmişlər.Qonaqlar məktəb rəhbərliyi tərəfindən qarşılanıb və belə gözəl tədbir üçün onlara minnətdarlıq edilib,təşəkkür bildirilib.
Tədbirdə məktəbin fiziki tərbiyə müəllimləri İmanov Elmar,Cabarov Rüstəm,Zülfəliyev Emin,İbrahimli Vüsal,Lətifov İmran iştirak etmişlər.Məktəbin 5,6,7-ci sinif şagirdlərinin dəvət olunduğu bu tədbir çox maraqla qarşılanmış,Rəşad müəllim böyük sevgi və hörmətlə cüdo dəyərlərini və bu dəyərlərə sadiq qalmağın yollarını şagirdlərə izah etmiş,idmanda antibullinqin əhəmiyyətindən söz açmışdır.Sonda isə,şagirdlərə açıqcalar,kitablar təqdim olunmuş,onlarla xatirə şəkilləri çəkilmişdir.