"5 Mart- Bədən Tərbiyəsi və İdman Günü"nə həsr olunmuş tədbir keçirilib

05/03/2024-cü il tarixində məktəbdə  BŞGİİ-nin Sabunçu sektoru və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılağı ilə "5 Mart- Bədən Tərbiyəsi və İdman Günü"nə həsr olunmuş badminton üzrə yeniyetmə və gənclər üçün məşğələ keçirilib.Tədbirdə Sabunçu sektorunun baş məsləhətçisi Malik Məmmədov, məktəbin direktoru Yasin Quliyev,Badminton federasiyasının Marketinq şöbəsinin rəhbəri  Aydan Məmmədhəsənova iştirak etmişdir.Təlimin məqsədi Sabunçu rayonunda Badminton idman növünün təbliği və inkişafından ibarətdir.
Təlimlər Badminton Federasiyasının təlimçisi, dəfələrlə Azərbaycan çempionatlarının və beynəlxalq yarışların qalibi, məşqçi Kərim Musayev tərəfindən həyata keçirilib.Tədbirdə məktəbin fiziki tərbiyə müəllimləri İmanov Elmar,Cabarov Rüstəm,Zülfəliyev Emin,İbrahimli Vüsal,Lətifov İmran iştirak etmişlər.
Məktəbin direktoru Yasin Quliyev tədbirin keçirilməsi ilə bağlı Badminton Federasiyasına  və gələn qonaqlara təşəkkürünü bildirmişdir.Badminton federasiyasının Marketinq şöbəsinin rəhbəri  Aydan Məmmədhəsənova isə,öz növbəsində Yasin Quliyevə federasiyanın adından hədiyyə təqdim etmişdir.Qonaqlarla xatirə şəkilləri çəkilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi