Maarifləndirici dərs keçirilib

1–7 mart tarixlərində "5 Mart – Bədən Tərbiyəsi və İdman Günü" ilə əlaqədar elm və təhsil nazirinin müvafiq əmri ilə ölkənin bütün ümumi təhsil müəssisələrində idman həftəsi keçirilir.
Layihə çərçivəsində tərtib edilmiş proqrama əsasən, məktəbin biologiya müəllimi Aliyə Abdullayeva 05/03/2024- cü il tarixdə 9 ç sinfində sağlamlığın möhkəmləndirilməsi, fiziki inkişafın düzgün təmin edilməsi məqsədilə "Sağlam qidalanmanın orqanizmin fiziki inkişafına təsiri"mövzusunda maarifləndirici dərs keçmişdir.
Dərsin keçirilməsində məqsəd "İdman həftəsi” layihəsi çərçivəsində sağlam həyat tərzinin təbliğ edilməsidir.