Maarifləndirici seminar keçirilib

Məktəb psixoloqunun 2023-2024- cü tədris ilinin Fəaliyyət Planına uyğun olaraq 05/03/2024-cü il tarixdə psixoloq Nəsirzadə Günel "Maliyyə savadlılığının artırılması" mövzusunda ibtidai sinif şagirdləri ilə maarifləndirici seminar təşkil etmişdir. Seminarın keçirilməsində məqsəd, maliyyə savadlılığını kiçik məktəb yaş dövründən şagirdlərə aşılamaq, gələcəkdə onların düzgün maliyyə qərarları verməsinə və karyera planlaşdırmasına dəstək olmaqdır. Şagirdlər pul vahidlərini əyani olaraq tanıdıqdan sonra psixoloq onlarla bu barədə müzakirə aparmışdır.