"İdman həftəsi" ilə bağlı görüş təşkil olunub

Martın 4-ü 2024-cü il tarixdə ümumtəhsil müəssisələrində "İdman həftəsi"nin ll günü ilə əlaqədar olaraq fiziki tərbiyə müəllimi İmanov Elmarın təşkilatçılığı ilə məktəbin 10-11- ci sinif şagirdlərinin "İdman nailiyyətləri olan idmançılarla görüş"ü təşkil olunmuşdur. Məktəbin yetirməsi olan və uğurlu idman nailiyyətləri ilə fərqlənən Qahir Şikarovu şagirdlərə təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova təqdim etmiş və dəvəti qəbul edib gəldiyinə görə məktəbin direktoru Yasin Quliyevin təşəkkürünü ona çatdırmışdır.
Uğurlu karyerası olan məzunumuz şagirdlərə müxtəlif idman növləri ilə bağlı məlumat verib və öz təcrübəsi ilə bağlı fikirlərini bölüşmüşdür.Daha sonra şagirdlərlə əldə edəcəkləri uğurlara görə daha məqsədyönlü şəkildə çalışmaları haqqında maarifləndirici söhbət aparmışdır.
Görüş çox maraqlı keçmişdir.