"Ümumdünya Mülki Müdafiə günü"

Martın 1-i 2024-cü il tarixdə Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar olaraq məktəbin müəllimi- Gənclərin Çağırışaqədərki Hazırlığı fənnini tədris edən Mehdiyev Aslanşah, 6 ç sinif rəhbəri Agayeva Vüsalə ilə birgə maarifləndirici seminar təşkil etmişlər.
Maarifləndirici seminarda hərbi rəhbər Aslanşah Mehdiyev Mülki Müdafiə sahəsində innovativ texnologiyaların tətbiqi, xüsusi hallarda görüləcək işlərin gücləndirilməsi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının Mülki Müdafiə sahəsində apardığı siyasət və.s haqqında ətraflı məlumat verdi.Daha sonra Vüsalə Ağayeva mülki müdafiə qoşunları haqqında sənədli filmi izləmələri üçün şagirdlərə təqdim edib.Eləcə də “Risklərin idarə olunmasında informasiya texnologiyalarının rolu” mövzusunda çıxış edib. II mərhələdə isə praktiki məşğələyə başlanılıb. Praktiki məşğələdə şagirdlər fəal iştirak ediblər.