Ümumdünya "Mülki Müdafiə Günü" ilə bağlı dərslər keçirilib

       1 mart 2024-cü il tarixində məktəbdə Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı xüsusi dərslər keçirilib.
      Müəllimlər Mülki Müdafiə Günü haqqında geniş məlumat verib, əhalinin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi haqqında söhbətlər aparılıb. Siniflərdə Mülki Müdafiə Gününün yaranma tarixi, məqsəd və vəzifələri, Mülki müdafiə sahəsində innovativ texnologiyalarının tətbiqi barədə dolğun məlumat verilib. Yanğın təhlükəsizliyi qaydalarından, dəm qazının yaranma səbəbləri və bu zaman davranış qaydaları haqqında  hazırlanan videoçarxlar nümayiş olunub.
Belə tədbirlərdən birini də ibtidai sinif müəllimi Yaqut Hüsiyeva 2 b sinfində təşkil etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi