"Mülki Müdafiə" günü ilə bağlı tədbir keçirilib

Martın 1-i 2024-cü il tarixdə Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar olaraq məktəbin Mülki Müdafiə üzrə qərargah rəisi Zərifə Cəfərovanın rəhbərliyi ilə bütün məktəb üzrə təxliyə planı həyata keçirilmişdir. Təxliyə planının həyata keçirilməsində əsas məqsəd fövqəladə hallar zamanı şagirdlərə baş verəcək təhlükələrdən qorunma yollarının çatdırılması,onlara həmin vəziyyətdə davranış qaydalarını praktiki göstərmək olub.
İlk öncə, qərargah rəisi Zərifə Cəfərova məktəb radio qovşağı ilə bütün məktəb işçilərinə və şagirdlərə bu barədə məlumat verib, siqnal səsindən sonra, əvvəlcədən hazırlanmış plan üzrə bütün məktəb heyətinin binanı tərk etmələri ilə bağlı maarifləndirib.Tədbir yüksək səviyyədə həyata keçirilib,amma müəyyən nöqsanlar da baş vermişdir ki,bunlar haqqında təxliyə planı üzrə tədbir yerinə yetirildikdən sonra yenidən radio qovşağı ilə bütün məktəb heyəti məlumatlandırılıb.