BŞTİ- nin növbəti monitorinqi keçirilib

       29/02/2024- cü il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IV, VI, VII və VIII siniflərində Azərbaycan dili fənni üzrə növbəti monitorinq keçirilib.
BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektoru tərəfindən Azərbaycan dili fənni üzrə keçirilən monitorinqin əsas məqsədi dövlət dilinin tədrisi vəziyyətinin ölçülməsi, şagirdlərin dinləyib-anlama, oxu və yazı bacarıqlarının yoxlanılması, onlarda bilik və bacarıqların formalaşma səviyyəsinin müəyyənləşdirilməsi və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olunmasından ibarətdir.
Nəzarətçi müəllimlərin iştirakı ilə həyata keçirilən monitorinq prosesini təlim-tərbiyə işləri üzrə direktor müavinləri Zərifə Cəfərova və Elnurə İsmayılova sona qədər nəzarətdə saxlamış və monitorinqin şəffaf keçirilməsini təmin etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi