Şagirdlərlə maarifləndirici görüş keçirilib

       Məktəbin direktoru Yasin Quliyevin şagirdlərlə  maarifləndirici görüşü keçirilmişdir. Görüşdə "Zərərli vərdişlər, siqaret çəkməyin orqanizmə mənfi təsiri", "Yeniyetmə və gəncləri intihara aparan yollar, özünəqəsdin sosial-psixoloji amilləri" mövzusunda söhbət aparılmışdır.
Görüşdə çıxış edən Yasin Quliyev mövzu ilə bağlı ətraflı danışaraq bildirmişdir ki,yeniyetmələr və gənclər arasında intihar hadisələrinin başvermə səbəbi onların çətin anlarda dözümsüzlüyü və iradə zəifliyi, maddi-mənəvi sıxıntılar və digər amillərlə bağlıdır. Məhz bu cür yanaşmalar səbəbindən gənclərin müəyyən bir qismi depressiyaya düşür və nəticədə onların intihar etmək riski daha çox olur.
O,şagirdlərin diqqətinə çatdırmışdır ki, intihar son çıxış yolu deyil. Çətinliklərə sinə gərmək,  səbr etmək, şərait nə qədər ağır olsa da, inamı itirməmək hər bir insanın xarakteri və prinsipi olmalıdır.
Eyni zamanda Yasin Quliyev tütün  məmulatlarının,psixotrop maddələrin insan orqanizminə vurduğu zərərlər haqqında məlumat vermiş və onların fəsadlarından danışmışdır.
Keçirilən maarifləndirici görüşdə  sinifdənxaric və məktəbdənkənar  tərbiyə işləri üzrə təşkilatçı Seyidbalayeva Şəhla, məktəbin psixoloqu İmaməliyeva Turanə iştirak ediblər.
Maarifləndirici tədbirdə çıxış edən psixoloq  yeniyetmələr və gənclər arasında baş verən intihar hadisələrinin cəmiyyətdə böyük narahatçılıq yaratdığını bildirmişdir.Bunu psixoloji dözümsüzlüklə əlaqələndirmiş,şagirdlərə bununla bağlı müvafiq tövsiyyələr vermişdir.
Sonda şagirdləri maraqlandıran suallar direktor tərəfindən cavablandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi