"Xocalı faciəsi"nə həsr olunmuş tədbir keçirilib

       BŞTİ-nin müvafiq təlimatı və 2023/2024-cü tədris ili üzrə məktəbin Fəaliyyət Planına əsasən 26/02/2024-cü il tarixdə məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Seyidbalayeva Şəhla,ingilis dili müəllimi Mikayılova Fərqanə ,ibtidai sinif müəllimi Cabarova Aygün və musiqi müəllimi Qurbanova Məryəmin birgə fəaliyyəti ilə "Xocalı faciəsinin 32-ci ildönümü"nə həsr olunmuş tədbir keçirildi.Tədbir Dövlət Himnimizin səslənməsi ilə başladı.Daha sonra Xocalı faciəsində amansızcasına qətlə yetirilən günahsız sakinlərimizin və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Xocalı faciəsinin tarixi faktlarını özündə əks etdirən videoçarxlar nümayiş edildi.Daha sonra məktəbimizin şagirdləri Xocalı faciəsinə həsr olunmuş şeir parçalarını səsləndirdilər,kompozisiyalar nümayiş etdirdilər...
Tədbirdə məktəbin direktoru Yasin Quliyev,təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova,müəllimlər və şagirdlər iştirak edirdi.
Tədbirin sonunda direktor Yasin Quliyev  çıxış edərək,Xocalı  faciəsinin xalqımızın qan yaddaşı olduğunu və heç bir zaman unudulmayacağını vurğuladı.Xocalı soyqırımının tarixi faktları haqqında  tədbir iştirakçılarına geniş məlumat verərək
mənfur düşmənlərin azğın əməllərini pisləmiş, yetişməkdə olan gənc nəsildə vətənpərvərlik hisslərinin daha da artırılması məqsədilə bu cür tədbirlərin keçirilməsinin vacibliyini bildirmişdir.
Məktəb rəhbəri onu da qeyd etmişdir ki, cənab Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Xocalı və digər Şəhidlərimizin qanı yerdə qalmadı,onların intiqamı alındı,torpaqlarımız azad olundu.İndi o azad torpaqlarda azad ruhlar dolaşır .
   Qarabağ Azərbaycandır!!!!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi