"Xocalı soyqırımı"na həsr olunmuş "Dəyirmi Masa" keçirilib

23/02/2024-cü il tarixdə  məktəbin "Fəaliyyət Planı"və "Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən Xocalı soyqırımının otuz ikinci ildönümününə həsr olunmuş "Dəyirmi masa"keçirilib.
  Məktəbin tarix müəllimi Gülnaz Quliyevanın 8 ə sinfində keçirdiyi  bu dərsdə Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub,müəllim şagirdlərə faciə ilə bağlı məlumat verərək bildirib ki,bu soyqırımı Azərbaycan tarixinə dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Soyqırımı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün əsl mahiyyətini və erməni vəhşiliyini bütün çılpaqlığı ilə üzə çıxardıb. Daha sonra mövzu ilə bağlı şagirdlərlə diskussiya  aparılıb.
"Dəyirmi masa"da məktəbdənkənar və sinifdənxaric  tərbiyə işləri üzrə təşkilatçı Seyidbalayeva Şəhla,məktəb psixoloqu İmaməliyeva Turanə iştirak etmişlər.
   Xalqımız tarixinə qanla yazılmış bu faciəni heç vaxt unutmayacaq!!!!!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi